Janıl MOLDALİEVA: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hamını ümumi dəyərlər və prinsiplər ətrafında birləşdirir

 

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hamını ümumi dəyərlər və prinsiplər ətrafında birləşdirir. Xüsusən gənclər üçün belə tədbirlərdə iştirak etmək gələcəkdə ölkələrarası dostluğa və əməkdaşlığa yol açır.

Bu sözləri Bakıda keçirilmiş İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qazaxıstanlı iştirakçısı Janıl Moldalieva AzərTAc-a müsahibəsində demişdir.

Xanım Janıl Moldalieva qeyd etmişdir ki, mədəniyyətlərarası forum bu gün dünyada mövcud problemlərin həlli yolunda atılan vacib addımlardandır.

Azərbaycanda ilk dəfə olduğunu deyən qonaq Bakının gözəlliyinin və insanların qonaqpərvərliyinin bütün iştirakçılar kimi, onu da heyran etdiyini bildirmişdir.

 

Azərbaycan.-2013.- 4 iyun.- S.6.